Seçkilərdə yeniliklər tətbiq olunacaq

img

05-09-2011 [02:01]


Azərbaycanda seçkilərin keçirilməsində elm və texnikanın son nailiyyətləri tətbiq olunacaq. Bunu bazar ertəsi jurnalistlərə MSK sədri Məzahir Pənahov bildirib. "Seçkilərdə hansısa yeniliklərin tətbiqinə elm və texnikanın nailiyyətlərinin istifadəsi baxımından yanaşılmalıdır", - Pənahov deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin iradəsi nəticəsində Azərbaycanda elm və texnikanın son nailiyyətlərini seçkilər zamanı tətbiq edilir. Pənahov qeyd edib ki, Azərbaycanda keçirilən seçkilərdə müşahidəçilərə heç bir məhdudiyyət qoyulmur. O həmçinin bildirib ki, seçkilər zamanı KİV-ə də bütün şərait yaradılır və müşahidəçilərə veriləh bütün hüquqlar onlara da aid olur. "Sevindirici haldır ki, son seçkilərdə KİV-in seçkilər zamanı fəaliyyətində hansısa problemlə bağlı şikayət daxil olmayıb", - o qeyd edib. Azərbaycanda bu ilin sonunda boş qalan bələdiyyələrə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA