Səfər Əbiyev qazax həmkarı ilə görüzüb

img

06-09-2011 [02:17]


Sentyabrın 6-da ölkəmizə işgüzar səfərə gələn Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekovla Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iki qardaş ölkə və xalqlar arasında tarixi bağlılıqdan söhbət açan nazirlər əlaqələrin daha sıx perspektivləri barədə fikir mübadiləsi aparıblar. Hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsi görüşdə əsas müzakirə mövzusu olub. Həmçinin nazir Səfər Əbiyev həmkarını bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistanın işğalçılıq siyasəti haqda da məlumatlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA