Aydınlar Partiyası etiraz edir

img

10-09-2011 [02:56]


Aydınlar Partiyası son günlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bir qrupp Bakı sakininin evlərinin mübahisəli şəkildə sökülməsinə etiraz edib. Partiya bu barədə etiraz bəyanatı da verib. Mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda bildirilir ki, partiya vətəndaşların mülkiyyət hüququnun bu şəkildə pozulmasını qətiyətlə pisləyir: ?Hesab edirik ki, əgər hər hansı bir ərazidə evlər sökülməlidirsə, hər şeydən öncə mülkiyyət sahibləri ilə razılaşdırılmalıdır. Məhkəmənin qərarı olmadan vətəndaşların evlərinin sökülməsi isə tamamiylə qanunsuzdur. Onu da bildiririk ki, evləri sökülən vətəndaşlara istədikləri, həmin evin real qiymətinə uyğun olaraq kompensasiya verilməlidir?. Aydınlar Partiyası hakimiyyətdən bu qanunsuz və anti-insan əməllərə son qoymağı, mülkiyyət sahiblərinin haqlı tələblərinin yerinə yetirilməsini, insanların hüquqlarına qəsdə son qoyulmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA