istiqlalçı deputatlar bəyanat verdilər

img

16-09-2011 [02:19]


İstiqlalçı deputatlar Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ərəfəsində ?PKK bölgədəki demokratik proseslərin düşmənidir? mövzusunda dəyirmi masa keçirərək və regionda baş verən terror hadisələrinin səbəb və mahiyyətini təhlil edərək bəyanat veriblər. Bəyanatda deyilir: ?Bir daha bəyan edirik ki, PKK terrorçu təşkilat olaraq Türkiyədə, Azərbaycanda və digər region ölkələrində əmin-amanlığın və sülhün bərqərar olması üçün ciddi təhlükə mənbəyi olmuşdur və olmaqdadır. PKK bəzi xarici dairələrin Türkiyəni və Azərbaycanı müxtəlif xırda etnik, o cümlədən kürd dövlət qurumlarına parçalamaq planlarına xidmət edir və onlar tərəfinən himayə olunur. Belə hesab edirik ki, dünya birliyi və beynəlxalq təşkilatlar region ölkələrində, xüsusən qardaş Türkiyədə milli mənsubiyyətinə görə on minlərlə dinc insanı terror yolu ilə qətlə yetirməklə bəşəriyyətə qarşı qanlı cinyətlər törətmiş PKK təşkilatını Əl-Qaida, İRA, ETA və s. tipli terror təşkilatları sırasında görməli və onun cinayətkar fəaliyyətini durdurmaq üçün müvafiq sanksiyalar tətbiq etməlidirlər. Biz eyni zamanda qardaş Türkiyə hökumətinin və ordusunun PKK-nın dinc əhaliyə qarşı qırğınlar törətməsinin qarşısını almaq və terrorçuları zərərsizləşdirmək üçün həyata keçirdiyi tədbirləri qətiyyətlə dəstəkləyirik. Acı təəssüf hissiylə bildiririk ki, Azərbaycanda bəzi dövlət məmurları, iqtisadiyyat, təhsil, mədəniyyət sahələrinin rəhbərləri ölkə və xarici mətbuatda PKK-çılarla, ?TMR?-çi ? Ə.Hümbətovçularla əlaqədə olmaqda və onlara yardım göstərməkdə ittiham olunan xəyanətkarların antiazərbaycan fəaliyyətinə göz yumurlar, bəzən hətta onlara himayədarlıq edirlər. Bütün bunları nəzərə alaraq biz, istiqlalçı deputatlar olaraq ölkəmizin dövlət müstəqilliyinin qorunması və məhkəmlənməsi naminə tələb edirik ki, Milli Məclis təxirəsalmadan PKK-nın terrorçu təşkilat olaraq tanınması haqqında zəruri normativ hüquqi akt qəbul etsin, Milli Təhlükəsizlik Nazirliyi, hüquq-mühafizə orqanları milli müstəqil dövlətçiliyimizə zidd fəaliyyət göstərən, separatçılıq meyllərini qızışdıran ünsürlərə qarşı mübarizəni effektiv şəkildə gücləndirsinlər, təqsirkarları müəyyən edib məsuliyyətə cəlb etsinlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA