ümid Partiyası bəyanat verdi

img

25-08-2011 [02:17]


?Vəkillər Kollegiyası Yasamal Rayon Məhkəməsinin icraata belə götürmədiyi iddianı əsas gətirərək Xalid Bağırovun vəkillik fəaliyyətini 1 il müddətinə dayandırıb. X.Bağırov hazırda həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin vəkilidir. Onun fəaliyyətinin dayandırılması barədə qərar hüquq müdafiəçisinin işi üzrə keçirilən proseslərin ən həlledici mərhələsində verilib. Qərar Vəkillər Kollegiyasının dünənki iclasında qəbul edilib. İclas vəkilin iştirakı olmadan keçirilib. Əsas kimi isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Rafiq Abbasovun Vəkillər Kollegiyasına müraciəti götürülüb?. Bu fikirlər Ümid Partiyasının bəyanatında yer alıb. Ümid Partiyası Vəkillər Kollegiyasının qəbul etdiyi bu qərarı müstəqil fəaliyyət göstərən vəkillərə qarşı təzyiq kompaniyası kimi qiymətləndirir. Məhkəmənin icraata götürmədiyi bir iddia əsasında Vəkillər Kollegiyasının belə bir qərar qəbul etməsini kobud qanun pozuntusu olduğunu hesab edir. Ümid Partiyası vəkil Xalid Bağırova qarşı təzyiqlərin qısa müddətdə dayandırılmasını, Vəkillər Kollegiyasını qərəzli qərarı ləğv etməyə çağırır, Xalid Bağırovun hüquqlarının bərpa olunması uğrunda sona qədər mübarizə aparacağını bəyan edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA