çelsi daha bir ulduz futbolçunu - Matanı heyətinə qatmağı bacarıb

img

22-08-2011 [12:28]


Transfer fəaliyyətlərini davam etdirən Çelsi daha bir ulduz futbolçunu heyətinə qatmağı bacarıb. Transfer pəncərəsinin bağlanmasına az bir müddət qalmış Çelsi rəhbərliyi heyətini daha bir ulduz futbolçu ilə gücləndirib. Zadəganlar diqqət mərkəzində saxldadıqları Valensiyanın ulduz futbolçusu Xuan Mata transferini artıq başa çatdırıblar. Valensiyanın rəsmi internet səhifəsində verilən açıqlamaya görə, Çelsi ilə artıq razılığa gəlindiyi və Matanın gələn mövsümdən etibarən Çelsi formasını geyinəcəyi qeyd olunub. Ortaya çıxan iddialara görə, Çelsi rəhbərliyi Matanın transferi üçün Valensiyaya 30 milyon avro ödəyəcək və futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA