AFFA Azərbaycan ? Qazaxıstan oyunu ilə bağlı azarkezlərə müraciət etdi

img

06-09-2011 [02:04]


AFFA bu Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan ? Qazaxıstan oyunu ilə bağlı azarkeşlərə müraciət edib. Müraciətdə bildirilir: Azərbaycan milli komandasının keçirdiyi oyunlar zamanı millimizi yüksək səviyyədə dəstəklədiyinə görə AFFA-nın rəhbərliyi azarkeşlərə dərin minnətdarlığını bildirir və inanır ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan ? Qazaxıstan oyununda da azarkeşlər komandamızı 90 dəqiqə ərzində qələbəyə səsləyəcək. FİFA və UEFA bayrağı altında keçirilən yarışların Əsasnaməsinə, həmçinin qəbul olunmuş beynəlxalq protokol qaydalarına uyğun olaraq, stadionda rəqib, eləcə də meydan sahibi komandanın himnləri səsləndirilərkən, AFFA rəhbərliyi azarkeşlərdən himnlərə hörmətlə yanaşmalarını və təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir. Xatırladaq ki, Azərbaycan ? Qazaxıstan oyunu bu gün 20:00-da start götürəcək və ?İdman Azərbaycan? telekanalı ilə canlı yayımlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA