Boz qalan bələdiyyələrə seçkilər keçiriləcək

img

17-08-2011 [05:28]


Bu il Azərbaycanda boş qalan bələdiyyələrə seçkilər keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə günü keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, ötən bələdiyyə seçkilərindən sonra bir neçə bələdiyyədə problemlər yaranıb və bələdiyyələr buraxılıb. Ona görə də 9 bələdiyyədə boş qalan yerlərə seçkilər keçiriləcək. "Bələdiyyə seçkilərinin keçirilməsi bu il bizim qarşımızda duran əsas məsələdir. Ona görə də çalışacağıq ki, bu il ərzində sözügedən məsələni reallaşdıraq" - Pənahov əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA