?Demokratikləzmə zərurətdir, təcili islahatlara bazlanılmalıdır?

img

23-08-2011 [12:47]


MQP Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən proseslər geniş müzakirə edilib. Müzakirə edilən məsələlər barədə MQP Mətbuat Xidmətinə açıqlama verən MQP başqanı Vüqar Bəyturan partiyanın Siyasi Şurasının iqtidarın ?Gündəm-siyasət? qəzetinə etdiyi təzyiqləri müstəqil mətbuata hücümun tərkib hissəsi saydığını və pislədiyini bildirib. Güney Azərbaycan milli hərəkatının fəalı Mehsa Mehdilinin fars molla rejimi tərəfində həbs edilməsinə beynəlxalq ictimaiyyəti səssiz qalmamağa çağıran MQP SŞ xanım fəalın təcili azad olunmasını tələb edib. Vüqar Bəyturanın sözlərinə görə, partiya rəhbərliyi Liviya və Suriyada baş verən proseslərdə Azərbaycan hakimiyyətinin demokratik mövqe nümayiş etdirmədiyini və bu baxımdan hadisələrin arxası ilə yol aldığını təəsüflə qeyd edib. ?MQP SŞ iqtidarı xarici siyasətdə səhvini düzəldərək, Liviya keçid Milli Şurasını tanımağa, Suriya dövlət başçısı Bəşər Əsədin insanlığa zidd əməllərinə cavab olaraq, bu ölkə ilə münasibətlərə yenidən baxmağa çağırıb. Azərbaycan müxalifətinin və cəmiyyətinin əksər hissəsinin gözləntilərinə uyğun olaraq hakimiyyət təcili demokratik islahatlara başlamalı və başa düşməlidir ki, demokratikləşmə artıq çox ciddi zərurətə çevrilib?-deyən MQP başqanı partiyasının yaxın vaxtlarda digər müxalif partiyalarla birlikdə ?Demokratik İslahat? Paketini cəmiyyətə təqdim edəcəklərini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA