AXCP hakimiyyəti talançılıqda ittiham elədi

img

17-08-2011 [01:55]


Azərbaycanın Xalq Cəbhəsi Partiyası (AXCP) hökumətin paytaxt sakinlərinin mülkiyyətinə qarşı növbəti dağıdıcı planlarını şiddətlə qınayıb və ciddi narahatlığını bəyan edib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumatda partiya son 2 ildə Azərbaycan hakimiyyətinin müxtəlif bəhanələrlə, heç bir yerli və ölkənin tərəfdar çıxdığı qanunlara istinad etmədən vətəndaşların mülkiyyət hüquqlarını kobud şəkildə tapdalamaqda ittiham edib: ?Məhkəmə qərarı, ağla batan izahatlar olmadan vətəndaşlar illərlə yaşadıqları mənzillərindən çıxarılır, onlar ədalətli kompensasiyadan və faktiki olaraq yaşamaq hüquqlarından məhrum edilir. Öz toxunulmaz mənzil hüquqlarının müdafiəsinə qalxan insanlar inzibatı orqanların təqib və təzyiqi ilə üzləşir; onlar israr göstərəcəkləri təqdirdə müxtəlif şantajlara tuş olurlar.? AXCP Bakının mərkəzində ?Qış bulvarı? tikintisi adı altında minlərlə ailənin mənzilinin və tarixi binaların uçurulmasından sonra paytaxtın ?Sovetski? adlanan hissəsinin də sökülmək üçün göz altına alınmasını yolverilməz hesab edib. Bunu a on minlərlə insanın mülkiyyət hüquqlarına təcavüz kimi dəyərləndirib: ?AXCP vətəndaşların mülkiyyət hüquqlarına qarşı məsuliyyətsiz və qanunsuz hərəkətlərini kəskin pisləyərək, hakimiyyəti insanların əsəbilərini terror etməkdən əl götürməyə çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA