AXCP hakimiyyətə qarzı bəyanat verdi

img

13-08-2011 [08:02]


AXCP Sülh və Demokratiya İnstitunun ofisinin dağıdılması ilə bağlı bəyanat verib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda deyilir: ?Dünya və ölkə ictimaiyyəti arasında prinsipiallığı, demokratik dəyərlərə bağlılığı, sədaqəti ilə seçilən hüquq müdafiəçisi Leyla Yunusun ofisinin dağıdılmasını AXCP vandalizm aktı kimi kəskin pisləyir. Heç bir qanuni əsas olmadan, yalnız fiziki gücə istinad edərək vətəndaşların mülkiyyət hüququnu kobud formada tapdalayan avtoritar Əliyevçi hakimiyyətin eyni yanaşmanı tanınmış hüquq müdafiə təşkilatına qarşı etdiklərini AXCP təkcə maddi tamahla əlaqələndirmir. AXCP hesab edir ki, Sülh və Demokratiya İnstitunun ofisinin dağıdılması hakimiyyətin daha bir tənqidçi, azad düşüncə ocağının susdurulmasına yönələn terrorudur; ölkədə plüralist mühütin tək-tük işartılarını da söndürmək cəhdidir. Sülh və Demokratiya İnstitunu uzun illərdir ölkədəki hüquqi özbaşınalıqlara qarşı çıxan, vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyətinə görə rejimin hədəfində olan təşkilatdır. Bu təşkilatla normal iş şərati qurmadansa rejim hər an onun siyasi yolla məhvi üçün çalıb, müxtəlif qarayaxma kampaniyaları aparıb; bunlar səmərə vermədikdə artıq təşkilatın fiziki zorakılıqla məhv edilməsinə qərar verib. AXCP hakimiyyətin tənqidçilərinə və ölkənin demokratik qururluşlarına münasibətinin sivil və mütərəqqi dəyərlərdən uzaq olduğunu bəyan edərək, onu öz vətəndaşları ilə müharibə aparmaqdan çəkinməyə çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA