Eynulla Fətullayev haqqında kitab Rumıniyada satızda olacaq

img

17-08-2011 [01:49]


Rumıniyanın tanınmış jurnalistlərindən biri, tədqiqatçı Herea Kristina Şərqi Avropa və postsovet məkanında insan haqları uğrunda mübarizə aparan ictimai xadimlər haqqında silsilə kitabların müəllifidir. Hazırki kitabını keçmiş vicdan məhbusu, jurnalist Eynulla Fətullayevə həsr edən müəllif, kitabı ?Ümid qələbə çalanda? adlandırıb. Kitabda jurnalistin dörd illik həbs müddəti, onun həbsinin əsl səbəbləri, təfərrüatlar, E.Fətullayevin azadlığı uğrunda aparılmış geniş beynəlxalq kampaniya öz əksini tapıb. Kitabda jurnalistin məhbəs xatirələrinin bir hissəsi də yerləşdirilib. Nəşr növbəti ay Rumıniyada və bir sıra başqa Avropa ölkələrində satışda olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA