istiqlalçı deputatlar prezidentə müraciət etdilər

img

10-08-2011 [12:09]


İstiqlalçı deputatların bir qrupu dövlət müstəqilliyinin iyirmi illiyinin yaxınlaşması ilə bağlı Prezident İlham Əliyevə məktub göndəriblər. Məktubda Prezident İ.Əliyevin dövlət müstəqilliyinin iyirminci ildönümü ilə bağlı 2011-ci il 21 yanvar tarixli sərəncamı təqdir edilir və ?Dövlət müstəqilliyi günü? dövlət bayramının iş günü edilməsi haqqında Milli Məclisin 2006 ? cı il 8 dekabr tarixli antikonstitusion və zərərli qərarının ləğv edilməsi istiqamətində bir addım kimi dəyərləndirilir. Məktubda XX əsrin 80-ci illərinin axırlarında istiqalalçı deputatların Azərbaycanın müstəqüllik qazanmasında oynadıqları rol xcatırladılır: ?Bu bir tarixi həqiqətdir ki, istiqlalçı deputatlar o zaman böyük azlıqda qalmalarına baxmayaraq, 1991-ci ilin əvvəllərində öz işinə başlayan Ali Sovetdə cəsarət göstərərək və özlərinin, yaxınlarının həyatlarını hər cür təhlükələrə məruz qoyaraq Azərbaycanın öz dövlət müstəqilliyini bərqərar etməsi uğrunda fədakarcasına mübarizə aparıb?. Mktubda qeyd olunur ki, istiqlalçı deputatların müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində böyük xidmətləri olmasına baxmayaraq onlar zaman-zaman müxtəlif təqib və repressiyalara məruz qoyulublar: ?Səlahiyyət müddəti başa çatdıqdan sonra ta indiyədək sabiq istiqlalçı deputatların və ilk Milli Məclisin üzvlərinin mütləq əksəriyyəti qanunvericiliyə zidd olaraq işsiz qoyulub. Pensiya yaşına çatmış istiqlalçı deputatlar həm də qanunla Milli Məclisin sabiq deputatları üçün müəyyən olunmuş pensiya almaqdan məhrum ediliblər?. Məktubun sonunda istiqlalçı deputatlar təxirəsalmadan aşağıdakı məsələlərin həll ediməsini təklif edirlər: 1. İstiqlalçı millət vəkilləri-siqnatorlar üçün beynəlxalq praktikaya uyğun olaraq xüsusi status müəyyən edilsin; 2. Dövlət müstəqilliyinin əldə edilməsində fəal iştirak edən və uzun illər ərzində əmək, qanunvericilik, ictimai-siyasi sahələrdə qüsursuz çalışan sabiq deputatların xidmətlərinin dövlət səviyyəsində dəyərləndirilməsi məsələsinə baxılsın; 3. Milli Məclisin sabiq deputatları arasında ayrı-seçkilik qoyulmasının, o cümlədən ilk Milli Məclisin üzvlərinin pensiya hüququnun kobudcasına pozulmasının qarşısının alınması, onların sabiq deputatlar üçün müəyyən olunmuş əmək pensiyası ilə təmin edilməsi üçün təxirəsalınmaz tədbirlər görülsün; 4. Dünyasını dəyişmiş istiqlalçı millət vəkillərinin xatirəsi əbədiləşdirilsin; 5. ?Dövlət Müstəqilliyi günü? bayramına digər ölkələrdə oldugu kimi əsas dövlət bayramı statusu verilsin və ümumxalq bayramı olaraq dövlət səviyyəsində hər il geniş və təntənəli şəkildə qeyd olunsun. Məktubu istiqlalçı deputatlardan Hacıbaba Əzimov, Sabir Rüstəmxanlı, İbrahim İbrahimli, Firudin Cəlilov, Məryəm Həsənova, Vahid Əhmədov, İxtiyar Şirin, Mətləb Mütəllimli, Sülhəddin Əkbər, Etibar Məmmədov və Mirmahmud Mirəlioğlu imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA