istiqlalçı deputatlar etitaz bəyanatı verdilər

img

11-08-2011 [07:44]


Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında İstiqlalçı deputatların toplantısı keçirildi. Toplantıda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpasının ildönümü ilə bağlı tədbirlər planı təsdiq edildi. İstiqlalçı deputatlar həmçinin Azərbaycanın dövlət müstəqilliyini təhdid edən İran ordusunun Baş Qərargah rəisi Həsən Firuzabadinin son açıqlamasını da müzakirə edərək bəyanat qəbul etdilər. Bəyanatda bildirilir ki, ?İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadinin son açıqlaması beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, Azərbaycanın suverənliyinə qarşı yönəlmiş və dövlət məmurlarına yaraşmayan təhlükəli bir Antiazərbaycan təbliğatının davamıdır. Artıq neçənci dəfədir ki, İİR-nın ayrı-ayrı dövlət nümayəndələri və rəsmi informasiya agentlikləri Azərbaycanın ərazi bütövlüyünə şübhə edir, müstəqil ölkənin daxili işlərinə qarışır, tələb və təhdidlərlə çıxış edirlər?. Bu mövqeyi qəti şəkildə pisləyən və İİR məmurlarını belə məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağıran bəyanatda qeyd olunur ki, ?Bu cür beynəlxalq hüquq normalarından kənar və məsuliyyətsiz çıxışlar İran-Azərbaycan münasibətlərinə ciddi zərbə vurur, Azərbaycan ictimaiyyətində İran hakimiyyəti haqqında mənfi təsəvvürün formalaşmasına səbəb olur?. İstiqlalçı deputatlar bəyanatda H.Firuzabadinin açıqlamasına Azərbaycan dövlətinin ciddi münasibət bildirməsini tələb edirlər. ?İran İslam Respublikasının yüksək rəsmiləri də bu açıqlamaya görə Azərbaycan xalqından üzr istəməli və bu məsələyə aydınlıq gətirməlidirlər. Çünki H.Firuzabadi dövlət məmuru, ordu generalıdır və onun açıqlamasının məsuliyyətini həm də İranın dövlət rəhbərliyi dərk etməlidir? - deyə qeyd olunan bəyanatda tarixən qonşu olan iki xalqın hissləri ilə oynamağın acı nəticələrə səbəb ola biləcəyi İİR rəsmilərinə xatırladılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA