BAXCP-dən hökumətə növbəti təklif

img

08-08-2011 [01:33]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda partiyanın İdarə Heyəti Azərbaycan hökumətini İslam Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısını çağırmaq və bu yığıncaqda İran-Ermənistan, Türkiyə-Ermənistan iqtisadi əlaqələrini müzakirəyə çıxarmaq təşəbbüsü ilə çıxış edib. Bununla əlaqədar İdarə Heyətinin açıqlamasında bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir: ?Bu prosesdə vasitəçilik missiyasını yerinə yetirən dövlətlərdən biri ? Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi kimi çıxış edir, digər iki dövlət ? siyasi rəhbərliyi erməni diasporunun təzyiqi altında olan ABŞ və Fransa isə bəzi manipulyativ xarakterli davranışlar istisna olmaqla təcavüzkara açıq dəstək verir. Təcavüzkar ölkəni ayaq üstə saxlayan və mövcud status-kvonun qorunub-saxlanılmasına hərtərəfli dəstək verən ölkələrdən biri də Rusiyadır. Amma müsəlman İranın və Türkiyənin Ermənistanla iqtisadi əlaqələrinin getdikcə inkişaf etməsi də təcavüzkar dövlətin aqressiv davranışlarını stimullaşdıran əsas amillərdən biri kimi qəbul olunmalıdır?. BAXCP ölkə ictimaiyyətini bu təşəbbüsü dəstəkləməyə, Azərbaycan hökumətini isə İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısının çağırılması istiqamətində ciddi addımlar atmağa dəvət edib. İdarə Heyətində İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısının çağırılması üçün adıçəkilən qurumun baş katibinə müraciət edilməsi ilə bağlı qərar da qəbul olunub. Qəbul olunan digər qərarda isə Ermənistanla ticari-iqtisadi əlaqələrə son qoyulması üçün Türkiyə və İran ictimaiyyətinə müraciət ünvanlanması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA