Vidadi isgəndərli aclıq aksiyasını dayandırıb

img

02-08-2011 [03:25]


Həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərli iyulun 28-dən başladığı aclıq aksiyasını iyulun 30-da dayandırıb. Bu haqda məhkəmədə Vidadi İsgəndərlinin özü məlumat verib. O deyib ki, aclıq aksiyasını saxlanma şəraitinin ağır olmasına görə keçirib. Göyçay rayon Məhkəməsində avqustun 2-də davam etdirilən məhkəmə prosesində zərərçəkən və şahidlər dindirilib. Zərərçəkənlərdən biri Şərafəddin Bayramov bildirib ki, o, Vidadi İsgəndərlini tanımır: ?Mən istintaqda başqa söz demişəm, müstəntiqlər başqa şey yazıblar?. Məhkəmə prosesi şahid ifadələri ilə davam edir. Vidadi İsgəndərli CM-nin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Müdafiə tərəfi ittihamları saxta adlandırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA