2 Aprel məhbuslarının məhkəməsi davam edir

img

27-07-2011 [02:09]


İyulun 22-də Səbail rayon Məhkəməsində 2 Aprel aksiyası zamanı həbs olunmuş 6 nəfərin işi üzrə növbəti məhkəmə prosesi keçirilir. Fasilədən əvvəl AXCP üzvü Babək Həsənov və Müsavat üzvü Elşən Həsənov sərbəst ifadə veriblər. Vəkillər vəsatət qaldırıb ki, Xalq Partiyasının lideri Pənah Hüseyn və AXCP sədrinin müşaviri Şakir Abbasov da şahid kimi dindirilsin. Hakim bildirib ki, ittihama baxılandan sonra bu məsələyə də baxıla bilər. Vəkillərin növbəti vəsatəti isə zərərçəkənlərin özlərinin prosesdə iştirakı ilə bağlı olub. Hakim Elnur Həsənov zərərçəkənlərin nümayəndələrinin ifadəsindən sonra zərurət yaranarsa, zərərçəkənlərin də prosesdə iştirakını nəzərdən keçirə biləcəklərini deyib. Fasilədən sonra proses zərərçəkənlərin nümayəndələrinin ifadəsi ilə davam edir. AXCP üzvləri - Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Müsavat üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilirlər. İttiham aktında deyilir ki, 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandırıb üç nəfəri qaçırdıblar, həmin avtobusa 1325 manat ziyan vurublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA