AiDP sədri bahaçılıqdan gileyləndi

img

22-07-2011 [01:41]


?Son günlər ölkədə bəzi məhsulların qiymətinin artımı hökumətin yarıtmaz siyasətinin və bəzi məmurların monopolist davranışlarının nəticəsidir?. Bü fikri son günlər qəndin, mal ətinin və digər ərzaq məhsullarının qiymətinin artmasına münasibət bildirərkən AİDP sədri hacı Tahir Abbaslı deyib. O qeyd edib ki, son bir neçə gün ərzində Bakıda qəndin və şəkər tozunun qiyməti 15 faizə qədər bahalaşıb. Mal əti isə 10 faiz artıb: ?Məsələ burasındadır ki, qiymətlərin artması üçün heç bir əsas yoxdur. Ona görə də hesab edirəm ki, bu qiymət artımı sünidir?. AİDP sədrinin sözlərinə görə, bazarda rəqabət əvəzinə monopoliya yaradılıb: ?Prezident yumurtanın qiymətinin süni şəkildə artımına ən sərt şəkildə reaksiya versə də monopolistlər öz işindədir. Bu onu göstərir ki, Azərbaycan hökuməti qiymətlərin iqtisadi metodlarla tənzimlənməsində maraqlı deyil. Belə olmasaydı dövlət başçısı bu siyasətini davam etdirərdi?. T.Abbaslı deyir ki, pensiya, maaş artımı ərəfəsində həmişə ölkədə qiymət artımı baş verir: ?Çox maraqlıdır ki, neçə illərdir bu hal təkrarlanır. Amma hökumət bir çarə tapa bilmir?. Ölkədə ərzaq məhsullarının ucuzluğu istiqamətində ?Azərittifaq?ın üzərinə böyük iş düşdüyünü deyən AİDP sədrinin sözlərinə görə, bu qurum heç bir təşəbbüslə çıxış etmir, bu istiqamətdə fəaliyyət göstərmir: ?Amma dövlət başçısı bu qrumun rəhbəri, millət vəkili Eldar Quliyevi ?Şöhrət? ordeni ilə təltif edir. Sual yaranır. Hansı xidmətlərinə görə??

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA