Bəxtiyar Hacıyevin məhkəməsi qapalı keçirilir

img

20-07-2011 [02:51]


İyulun 20-də Səbail rayon Məhkəməsində gənc fəal, hərbi xidmətdən yayınmaqda ittiham olunaraq 2 il azadlıqdan məhrum edilmiş Bəxtiyar Hacıyevin şikayətinə baxılır. Məhkəmə qapalı keçirilir. Mətbuat məhkəmə zalına buraxılmır. Bəxtiyar Hacıyev Respublika Prokurorluğunu məhkəməyə verib. Gənc fəal bu ilin martında polis idarəsi və saxlanma təcridxanasında zorakılığa məruz qalması ilə bağlı Respublika Prokurorluğuna müraciət etmişdi. Prokurorluq nümayəndələri isə Bəxtiyar Hacıyevin döyüldüyünü təsdiqləməmişdilər. Bundan sonra o, Respublika Prokurorluğunun araşdırmalarının nəticəsindən məhkəməyə müraciət etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA