Əli Əhmədov partiyaların maliyyələzməsindən danızdı

img

18-07-2011 [02:38]


Azərbaycanın hakim partiyası siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinin onların dövlət tərəfindən saxlanması kimi başa düşülməsini yanlış hesab edir. "Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinə onların dövlət tərəfindən saxlanması kimi yanlış baxış ortaya qoymaq düzgün deyil. Bu, sadəcə dövlət tərəfindən partiyaların müəyyən qədər dəstəklənməsi deməkdir", - bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədov deyib. Əhmədov bildirib ki, dünya təcrübəsində siyasi partiyaların maliyyələşdirilməsi daha çox onların parlamentdə təmsilçiliyi əsasında müəyyən edilir. "Həm partiyaların cəmiyyət tərəfindən dəstəklənməsini nəzərdə tutan və əks etdirən, həm də partiyaların inkişafına, onların malik olduğu ictimai dəstəyə uyğun şəkildə kömək göstərmək üçün bu, ən yaxşı formadır. Bəzi nüanslar var ki, onları da qəbul etmək lazım gələcək", - YAP-ın sədr müavini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA