Sülhəddin Əkbərin yaratdığı təzkilata daxil olanlar

img

11-07-2011 [03:05]


İyulun 11-də Azərbaycan Media Mərkəzində Avro-Atlantik Şuranın Təşkilat Komitəsinin brifinqi keçirilib. Brifinqdə yeni qurumun məqsəd və vəzifələri, başlıca fəaliyyət istiqamətləri barədə məlumat verilib. Azərbaycan ? Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər bildirib ki, Azərbaycanın bir qrup siyasiləri, politoloqlar, ekspertlər, KİV nümayəndələri, QHT təmsilçiləri mövcuddur ki, onlar Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasını dəstəkləyirlər, amma onlar parakəndə fəaliyyət göstərirlər. Onun sözlərinə görə, Avro-Atlantik Şuranın yaradılmasının iki başlıca səbəbi var: 1. Azərbaycan ətrafında və daxilində vəziyyətin gərginləşməsi, ölkədə insan haqları ilə bağlı vəziyyətin getdikcə ağırlaşması, ölkənin beynəlxalq inteqrasiyadan uzaq qalması, demokratik islahatların aparılmaması, ölkənin strateji sənədlərində əks olunmuş kursdan sapmalar; 2. Azərbaycanda Avro-Atlantik məkana inteqrasiya istiqamətində fəaliyyət göstərən təşkilatların, QHT və KİV-lərin fəaliyyətinin koordinasiya olunmaması. ?Azərbaycanın demokratikləşməsi və avroatlantik məkana inteqrasiyası proseslərinə ictimai dəstəyin təşkili məqsədilə bir qrup qeyri-hökumət təşkilatları, tanınmış politoloqlar, hərbi ekspertlər, sabiq siyasi partiya funksionerləri, jurnalistlər və digər ictimaiyyət nümayəndələri ?Avro-Atlantik Şura? təsis etməyə qərar veriblər? deyən S.Əkbər bildirib ki. Bir sıra məsələlərə münasibət bildirən S.Əkbər deyib ki, Azərbaycanın mayın 25-də ?Qoşulmama Hərəkatına? üzv olması ölkənin milli maraqlarına uyğun deyil. "Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyadan kənar olduqca onun imici korlanır, bu da onun problemlərinin artmasına da təsir göstərir. Biz ölkə daxili və xarici prosesləri təhlil edərək qərara aldıq ki, Azərbaycanın Avroatlantik inteqrasiyasını dəstəkləyən qüvvələr bir araya gəlsin və mövcud proseslərə ictimai dəstəyin formalaşdırılmasına dəstək verilsin. Biz hökumətin yürütdüyü mövcud qeyri-məqbul siyasətə müəyyən basqı göstərmək, daha çox Avro-Atlantik məkana inteqrasiya məcrasına yönəltmək hədəflərinə malikik?. S.Əkbər bildirib ki, onun yaratdığı şuranın Azərbaycanın bölgələrində təşkilatlanması məsələləri də diqqət mərkəzində olacaq. Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru İldırım Məmmədov, Azərbaycan təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) prezidenti Yaşar Cəfərli NATO ilə əməkdaşlıq istiqamətində görülməsi vacib işlərdən danışıblar. ?Bizim üçün imkan və şərait yarandı ki, ortaya real iş qoyaq. Biz daha çox iş görməyə çalışacağıq. Bu işin formalarını fəaliyyət planımızda qeyd etməliyik?, - deyən Y.Cəfərli bildirib ki, Avro-Atlantik Şuranın təsis konfransının sentyabrın sonlarına, oktyabrın əvvəllərində keçirilməsi məqsədəmüvafiq olardı. Daha sonra təşkilat komitəsinə daxil olan şəxslərin siyahısı açıqlanıb: Avro-Atlantik Şura Təşkilat Komitəsinin üzvləri: Sülhəddin Əkbər, Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyası Yaşar Cəfərli, Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyası (ATMİA) Elxan Şahinoğlu, ?Atlas? Araşdırmalar Mərkəzi Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi Zəfər Quliyev, Politoloq Hikmət Hacızadə, Politoloq Azad İsazadə, Ekspert-psixoloq İldırım Məmmədov, Hərbi Analitik Tədqiqatlar Mərkəzi İbrahim İbrahimli, Politoloq Kəramət Salayev, Azərbaycan ? Atlantik Əməkdaşlıq Assosiasiyasının Gənclər Təşkilatı Cəsur Məımmədov, ?Doktrina? JHAM Qalibə Budaqova, ?Azərbaycan Milli Qəhraman Ailələrinin Sosial Müdafiəsi? İB Mehman Kərimov, ?Sivilizasiya və Maarifçilik? İB Əlövsət Talışxanlı, Musavat Partiyası Pərviz Hacıyev, İctimai Maraqları Araşdırma Mərkəzi Miraib Seyidov, ?Ehtiyatda və İstefada olan Zabitlər? İB İdrak Abbasov, Ekstremal Jurnalistika İnstitutu Elçin Eldəniz, Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi Bünyad Kazımov, Azərbaycan Yaradıcı Ziyalılar ictimai Birliyi Vaqif Əmikişiyev, Sivilizasiya və Maarifçilik İB Tərlan Eyvazov, ?Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət Mərkəzi? İB Fəxrəddin Məmmədov, ekspert Telman Əbilov, Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzi Fuad Həsənov, Politoloq Anar Əhmədov, ?MilAz? informasiya agentliyi Samir Güləliyev, Jurnalist Daşdəmir Əliyev, ?Silahlı Qüvvələr Veteranları? İB Oqtay Kərimov, ?Orduya Dəstək? ictimai birliyi Xaqani Səfəroğlu, jurnalist S.Əkbər bildirib ki, Təşkilat Komitəsinin əsas vəzifəsi qurumun təsis konfransına hazırlıq işlərini görməkdir. Qarşıdakı müddətdə NATO ölkələrinin Azərbaycandakı səfirlikləri, ölkədəki QHT-lər, KİV orqanları, rəsmi strukturlarla əməkdaşlıq ediləcək. Qurumun Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər, Təşkilat Komitəsinin sədr müavini Yaşar Cəfərli, Təşkilat Komitəsinin katibi Anar Əhmədov, Təşkilat Komitəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Cəsur Məmmədov olacaq. Müzakirələrdən sonra Təşkilat Komitəsinə 3 ay müddət verilib ki, təsis konfransının keçirilməsi üçün işləri həyata keçirsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA