islam Partiyası Bakı meriyasını təxribatda suçladı

img

05-07-2011 [03:31]


Azərbaycan İslam Partiyası keçirmək istədiyi kütləvi aksiyaya Bakı Şəhər İcra Hakimiyyətinin ?yox? cavabına bəyanatla münasibət bildirib. Partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, iyunun 28-də partiyanın sədri Elçin Manafov paytaxt meriyasına müraciət edib iyulun 5-nə nəzərdə tutulan aksiyanın sanksiyalaşdırılmasını istəmişdi. İyulun 4-də Elçin Manafova verilən rəsmi cavabda qeyd olunub ki, bundan əvvəl Azərbaycan İslam Partiyası adından, daha sonra isə fərdi şəkildə Elçin Manafov adından mitinq keçirmək üçün meriyaya müraciət olunub və müraciətlərin bu formada edilməsi qeyri-ciddilikdən xəbər verir. Qurumun hər cür konyunktur maraqları və qeyri-şəffaf siyasi məqsədləri rədd edərək həqiqi insan azadlığının müdafiəsinə çalışması, onun real təminatı uğrunda stabil mübarizə aparması bəllidir. Cəmiyyətdə barış, qardaşlıq, izzət, insan ləyaqətinə, əbədi-bəşəri dəyərlərə malik islam mənəviyyatına hörmət və onun qorunması partiyanın əsas prinsipial məramlarındandır. Ölkə daxilndə apardığımız siyasi mübarizə də məhz bu istiqamətə - dövlətimizin həqiqi müstəqilliyi və ərazi bütövlüyünə həsr olunur. Təəssuflər olsun ki, fəaliyyətimizin sivil şəraitdə davam etməsinə müxtəlif maneələr, süni əngəllər yaradılır. AİP-in bəyanatda o da qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin ?Sərbəst toplaşmaq azadlığı haqqında? qanunu kobudcasına pozması, insanların konustitusion hüquqlarının tanımaması belə bir dövlət rəsmi orqanının cəmiyyətdə təxribatlar yaratmaq kimi dövləti cinayətlər törətmək cəhdindən xəbər verir. "Biz cəmiyyətin ölkədə baş verən haqsızlıqlarla, vətənimizə qarşı xarici təcavüzçülərə qarşı mübarizəsinə hər hansı bir bəhanə ilə maneçilik törədilməsini hakimiyyətin əvvəlcə qəbul etdiyi demokratiya inkişaf xəttindən yayınması, ölkəni sivil yolla deyil, dəyənək gücünə idarə etməsi, qeyri-vətənpərvərlik ruhuna malik olması kimi qiymətləndiririk və tələb edirik ki, insanların pozulmuş konstitusion hüquqları bərpa olunsun. Ölkədə hökm sürən neqativ hallara qarşı sivil mübarizəyə şərait yaradılsın"- deyə bəyanatda bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA