BAXCP hakimiyyət qarzısında tələb qoydu

img

04-07-2011 [02:32]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə oluunub. Partiyadan verilən məlumata görə, ictimai-siyasi məsələlərin müzakirəsi zamanı əsas diqqət Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticələrinə yönəldilib. Yaranmış vəziyyət ətrafında müzakirə aparan BAXCP İdarə Heyətinin üzvləri münaqişənin tənzimlənməsilə bağlı partiyanın mövqeyini bir daha bəyan ediblər. BAXCP İdarə Heyəti hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı imzalanacaq istənilən sülh sazişinin ilk müddəası Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsilə bağlı olmalıdır: "Sazişin ilk müddəasında Dağlıq Qarabağın statusunun yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdiriləcəyi birmənalı şəkildə qeyd olunmalıdır. Əgər sülh sazişində belə bir müddəa olmazsa, bu, Dağlıq Qarabağın Azərbaycandan qopardılmasına razılıq verilməsi anlamına gələcək. BAXCP siyasi mövqeyindən asılı olmayaraq bütün Azərbaycan ictimaiyyətini ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərdə vahid və prinsipial mövqe nümayiş etdirməyə, hakimiyyəti isə masa üzərində olan çərçivə sazişinin bütün müddəaları ilə bağlı ictimaiyyəti məlumatlandırmağa çağırır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA