ADP-dən ictimai Palataya zərbə

img

04-07-2011 [05:36]


Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət və partiyanın cari həyatına aid bir sıra məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti Qarabağ münaqişəsinin nizamlanmasına dair iyunun 25-də Kazanda keçirilmiş danışıqları, ATƏT Parlament Assambleyası (PA) və Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan sənədlə çıxış etməyə hazırlaşmasını, ötən həftə ABŞ Dövlət Departamentinin insan alveri haqda illik hesabatının Azərbaycana aid hissəsini və digər məsələləri müzakirə edib. İdarə Heyətində İdarə Heyəti Fələstin muxtariyyətinin lideri Mahmud Abbasın Azərbaycana səfəri ərəfəsində ölkə başçısı İlham Əliyevin tezliklə müstəqil, suveren Fələstin dövlətinin yaradılması və onun paytaxtı Şərqi Qüds şəhəri olması barədə verdiyi bəyanatını təqdir edib və bunu beynəlxalq hüquqa hörmət kimi dəyərləndirib. İdarə Heyəti ötən həftə Rusiya hərbi bazasına məxsus 5 hərbi şəhərciyin Ermənistana verilməsini qətiyyətlə pisləyib. İdarə Heyəti son vaxtlar İctimai Palatadan (İP) istefalara da toxunub. Bu istefalardan təəssüfləndiyini bildirən İdarə Heyəti bunu İP-də mövcud olan qeyri-səmimi atmosferin təzahürü kimi dəyərləndirib. Sonda partiyanın cari həyatına aid bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA