Deputat seçicilərin problemi ilə maraqlanır

img

01-07-2011 [05:21]


Azərbaycan Respublikası Dövlət Bayrağı Meydanı ətrafında aparılan quruculuq işləri ilə əlaqədar dövlət ehtiyacları məqsədilə ətraf ərazilərdə yerləşən binaların sakinlərinin köçürülməsi məsələsi meydana çıxıb. Sakinlərlə iş icraçıları arasında bir sıra problemlər yaranıb. Bu məqsədlə sakinlər Səbail rayonundan deputat seçilən Fuad Muradova müraciət ediblər. Seçicilərinin müraciətinə əsasən 28 iyun 2011-ci il tarixində deputat onlarla yaşadıqları ərazidə görüşüb. Sakinlər deputata bir neçə məsələ ilə bağlı müraciət ediblər. Əsas problemlər söküləcək mənzillərin hansı meyarlarla ölçülməsi, kiçik sahəli mənzil sahiblərinin mənzil hüquqlarının təmini, kompensasiyalar və s. olub. Deputat sakinlərin fikirlərini və təkliflərini dinləyib və bununla bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağını bildirib. Bu gün Fuad Muradov Milli Məclisdə həmin sakinlərin bir qrupu ilə yenidən görüş keçirib. Görüş zamanı deputat apardığı bir sıra danışıqların nəticələrini seçiciləri ilə müzakirə edərək məsələnin müsbət istiqamətdə həll olunacağını vurğulayıb. Razılaşdırılmayan bir sıra məsələlər ətrafında yenidən məsələ qaldıracağını bildirib. Sakinlər onları narahat edən problemlər ilə yaxından maraqlandığına görə Fuad Muradova təşəkkürlərini bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA