AXCP Nemət Pənahlı ilə bağlı bəyanat verdi

img

06-07-2011 [05:00]


Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı ilə bağlı bəyanat yayıb. AXCP bəyan edir ki, N.Pənahlının durumundan ciddi şəkildə narahatdır. Bəyanatda bildirilir ki, Nemət Pənahlı hakimiyyət əleyhinə verdiyi sərt müsahibələrdən və yazdığı məqalələrdən sonra siyasi sifarişlə həbs olunub. Məhkəmə qurama ittihamlarla onu ötən ay 6 il azadlıqdan məhkum edib: ?Bununla kifayətlənməyən siyasi rejim, Pənahlının ailə üzvlərini də rahat buraxmır, onlara qarşı maddi sanksiyalar həyata keçirir. Ötən gün isə ailəsi Nemət Pənahlının həbsxanada ölüm təhlükəsi ilə üzləşdiyini açıqlayıb. Ailənin qənaətinə görə hakimiyyət Nemət Pənahlını susdurmaq üçün həbsdə həyatına son qoymaq niyyətindədir. Ailə artıq mühacirətə getmək barədə qərar vermək məcburiyyətində qalıb?. AXCP baş verənləri repressiya, dövlətin öz vətəndaşına divan tutmaq cəhdi kimi dəyərləndirib. AXCP hakimiyyətə vətəndaşların söz, fikir və yaşamaq hüququna hörmət göstərilməsinin vacibliyini xatırladaraq, Nemət Pənahlı və onun ailəsinə qarşı repressiyasının dərhal dayandırılmasını tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA