Azay Quliyev Asiya inkizaf Bankının nümayəndəsi ilə görüzdü

img

30-06-2011 [08:16]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono ilə görüşüb. O.Noroyono təmsil etdiyi bankın nəzdində QHT-lərlə işləyən xüsusi qurumun yaradıldığını və Azərbaycan QHT sektoru ilə gələcək əməkdaşlıq üçün bir sıra məlumatlar əldə etmək istədiyini bildirib. A.Quliyev Şuranın fəaliyyəti və ölkə QHT-lərinə dövlət dəstəyi haqqında danışaraq, Azərbaycan QHT sektorunun son illər əldə etdiyi uğurlar haqqında geniş məlumat verib. Görüşdə Şura və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq üçün təmasların və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA