?Milli Məclis Əmlak məsələləri Komitəsindən hesabat tələb etməlidir?

img

05-07-2011 [11:54]


?Dövlət başçısının əhalinin mülkiyyətinin, xüsusilə də qanunsuz tikili hesab olunan evlərin qeydiyyata alınması ilə bağlı tapşırığı yerinə yetirilmir?. Bu fikri AİDP sədri hacı Tahir Abbaslı deyib. Onun sözlərinə görə, tapşırıq veriləndən sonra bələdiyyələr, icra hakimiyyətlərinin nümayəndələri həmin evlərin siyahıya alınması ilə məşğul olsalar da bu uzun çəkməyib: ?Bir-iki reyddən sonra işi dayandırdılar. Ona görə də hesab edirəm ki, dövlət başçısı bu məsələyə xüsusi diqqət göstərməlidir. Əks təqdirdə korrupsiyaya qarşı mübarizənin bir elementi olan bu tapşırığın da görüntü xarakteri daşıdığı ortaya çıxmış olacaq?. AİDP sədri hesab edir ki, daha çox millət vəkillərini ilgiləndirəcək bu məsələ nədənsə onları narahat etmir: ?Hələ bir millət vəkili bu barədə danışmayıb. Hesab edirəm ki, millət vəkilləri bu məsələ ilə bağlı müvafiq qurumlardan, xüsusilə də Əmlak Məsələləri Dövlət Komitəsindən hesabat tələb etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA