ilham Əliyev Polzaya səfər edəcək

img

14-06-2011 [01:38]


Azərbayacan prezidenti İlham Əliyev "Şərq tərəfdaşlığı" proqramı iştirakçı ölkələrinin dövlət başçılarının görüşünə dəvət ediləcək. Proqram iştirakçısı ölkə rəhbərlərinin görüşü sentyabr ayının 29-30-da Polşada keçiriləcək. Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia məlumat verib. O, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eştonun Azərbaycana səfər etmək niyyətində olduğunu da qeyd edib. R.Kobia Eştonun səfərinin dəqiqi tarixinin hələlik bəlli olmadığını, ancaq səfər zamanı ölkədəki siyasi vəziyyətin, eləcə də "Şərq tərəfdaşlığı"proqramı və qonşuluq siyasətinin müzakirə ediləcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA