ALP və ViP etiraz edir

img

18-06-2011 [05:54]


Azərbaycan Liberal Partiya (ALP) ilə Vətəndaş və İnkişaf Partiyası (VİP) Azərbaycanda zorakılığa məruz qalan əcnəbi jurnalistlərlə bağlı bəyanat veriblər. MİA-ya daxil olan bəyanatda bilirilir ki, hər iki pariya naməlum şəxslər tərəfindən amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devisin Bakıda döyülməsini qətiyyətlə pisləyir. Partiyalar bunu müəyyən çevrələrin Azərbaycanda KİV-ə, o cümlədən əcnəbi KİV-nümayəndələrinə qarşı repressiya kimi dəyərləndirir və Azərbaycan hakimiyyətindən cinayətkarların müəyyənləşdirilib cəzalandırılmasını tələb edirlər. Qeyd edək ki, iyunun 15-i axşam saatlarında amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devis Bakıda naməlum şəxslər tərəfindən döyülüblər. Həmin axşam Milli Dram Teatrının yaxınlığında idmançı bədən quruluşuna malik bir neçə gənc qızların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA