YAP-çı gənclər Rumıniyaya gedir

img

10-06-2011 [02:17]


YAP Gənclər Birliyinin nümayəndə heyəti Rumıniyaya səfər edəcək. YAP Gənclər Birliyi Rumıniyanın hakim Liberal Demokrat Partiyası Gənclər Birliyinin dəvəti ilə 11- 17 iyun tarixlərində bu ölkədə səfərdə olacaqlar. Səfər çərçivəsində YAP Gənclər Birliyinin nümayəndə heyəti Rumıniyanın Liberal Demokrat Partiyasının bir sıra rəsmiləri ilə, parlamentin deputatı Danuts Liga ilə, partiyanın müxtəlif bölgələrdən olan gəncləri ilə görüşəcəklər. Hər iki tərəf münasibətlərin daha da inkişaf etməsi üçün qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparacaq. Nümayəndə heyəti, həmçinin, Rumıniyanın parlament binasında olacaq, ölkənin ali qanunverici orqanında iş prosesini izləyəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA