üç partiya sədri bir araya gəldi

img

13-06-2011 [04:29]


Bu gün Azərbaycan Yaşıllar Partiyasının (AYP) həmsədrləri Mayis Gülalıyev və Tahirə Məmmədova, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında növbəti görüş keçirilib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, müxalifətdaxili inteqrasiya prosesinin mövcud durumu, Türkiyədə keçirilmiş parlament seçkiləri və carı məsələlər müzakirə olunub. Partiya rəhbərləri ölkədə təcili olaraq real islahatlara başlanılmasının, siyasi hüquq və azadlıqların təmin olunmasının vacibliyini bir daha diqqətə çatdırıblar. Müxalifətdaxili inteqrasiya məsələlərinin ətraflı müzakirəsi zamanı bu partiyaların ayrılıqda və digər siyasi təşkilatlarla birgə müəyyən olunacaq mümkün əməkdaşlıq formatları nəzərdən keçirilib. AYP, ALP və VİP sədrləri bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsinə tərəfdar olublar. Görüş zamanı Türkiyədə iyunun 12-də keçirilmiş parlament seçkiləri də müzakirə olunub. Türkiyədəki seçkilərin Azərbaycan üçün də örnək olacaq dərəcədə obyektiv və ədalətli keçirildiyi, nəticələrin xalqın iradəsini əks etdirdiyi vurğulanıb. Qərara alınıb ki, AYP, ALP və VİP adından Türkiyənin seçki barajını keçən partiyalarına təbrik məktubu göndərilsin Sonda müzakirə olunan məsələlərlə bağlı konkret qərarlar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA