ADP hakimiyyəti ləngimədən geniz amnistiya qanunu qəbul etməyə çağırıb

img

31-05-2011 [03:50]


Bu gün ADP İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Respublikadakı ictimai siyasi vəziyyət, dünyada baş verən önəmli siyasi hadisələr və partiyadaxili məsələlər müzakirə mövzusu olub. İclasda Azərbaycan Prezidentinin İstiqlal Günü münasibəti ilə verdiyi əfv fərmanı ilə jurnalist Eynulla Fətullayev və bir neçə digər siyasi məhbusun azadlığa buraxılması alqışlanıb, bu fərmana ölkədəki digər siyasi məhbusların adlarının salınmamasına görə isə təəssüf ifadə olunub. İdarə Heyəti üzvləri bir daha siyasi məhbus probleminin tamamilə və birdəfəlik həllinə tərəfdar olduqlarını bildirib və bu məqsədlə hakimiyyəti ləngimədən geniş amnistiya qanunu qəbul etməyə çağırıb. İdarə Heyətində Minsk Qrupu həmsədri olan dövlət başçılarının Dağlıq Qarabağla bağlı qəbul etdikləri son bəyanata da münasibət bildirilib, bəyanatın mücərrəd olması, işğalçı tərəflə işğala məruz qalan tərəf arasında fərq qoyulmaması səbəbindən münaqişənin həlli ilə əlaqədar vəziyyətə heç bir müsbət təsir göstərməyəcəyi təəssüflə qeyd edilib. İdarə Heyətində Bosniya müsəlmanlarını soyqırıma məruz qoyan, əlləri minlərlə dinc insanın qanına bulaşmış, insan qatili Ratko Mladicin beynəlxalq hərbi tribunala təslim edilməsi alqışlanıb, bu hadisənin beynəlxalq ədalətə olan inamın artmasına müsbət təsir edəcəyi vurğulanıb, eyni zamanda çoxsaylı günahsız insanların qətlə yetirilməsinə səbəb olmuş digər canilərin, xüsusilə də Xocalıda azərbaycanlıların soyqırımına rəhbərlik etmiş erməni hərbçilərinin də yaxın zamanlarda beynəlxalq məhkəmə qarşısına çıxarılacağına inam ifadə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA