Milli Məclisin sədri MDB PA-nın iclasında iztirak edib

img

19-05-2011 [06:32]


Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti MDB iştirakçısı olan dövlətlərin Parlament Assambleyasının (MDB PA) Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən 36-cı iclasında iştirak edib. Bu barədə MIA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində O. Əsədov Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovla görüşüb. Ölkələr arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə O. Əsədov B. Qrızlova Milli Məclisin fəxri medalını təqdim edib. MM sədri MDB PA-nın sədri, Rusiya Federal Məclisinin sədri Sergey Mironov, Qırğızıstan parlamentinin sədri Axmatbek Keldıbekov, Moldova parlamentinin rəhbəri Marian Lupu və Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə də görüşüb. Assambleyanın iclasında Azərbaycanda parlament seçkilərinin nəticələri ilə bağlı məsələ də diqqət mərkəzində olub. Bununla əlaqədar Parlamentlərarası Assambleya Şurasının qərarı açıqlanıb. Qərarda Azərbaycanda parlament seçkilərinin demokratik prinsiplərə, beynəlxalq standartlara uyğun, şəffaf şəkildə keçirildiyi vurğulanıb. Qeyd edilib ki, seçki prosesi zamanı xırda texniki səhvlər müşahidə olunub ki, bu da seçkinin nəticələrinə qətiyyən təsir etmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA