Milli Məclisin üzvləri tətilə çıxır

img

31-05-2011 [12:10]


Mayın 31-də Milli Məclisin yaz sessiyası başa çatır. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, yaz sessiyasının son iclasında gündəliyə İnzibati Xətalar, Mülki Prosessual, Cinayət, Cəzaların İcrası Məcəllələrinə dəyişiklik edilməsi ilə bağlı məsələlər daxildir. Bundan başqa son iclasda ?Yol Hərəkəti haqqında? qanun layihəsi barədə sənədə də baxılacağı gözlənilir. Milli Məclisin daxili nizamnaməsinə görə, yaz sessiyası fevralın 1-dən mayın 31-dək davam edir. Amma parlamentin son iclasında spiker Oqtay Əsədov deyib ki, 78 deputatın müraciəti əsasında sessiyanın davam etdirilməsinə qərar verilib. Oqtay Əsədov bunun qanunverilicilik məsələləri ilə bağlı bir sıra işlərin həll olunması zərurəti ilə bağlı olduğunu deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA