Sabiq deputat Səttar Səfərov vəfat edib

img

24-05-2011 [12:11]


Azərbaycan Milli Məclisinin (MM) keçmiş deputatı Səttar Səfərov 74 yaşında dünyasını dəyişib. Səfərov Səttar 1937-ci il iyulun 18-də Qərbi Azərbaycanda (indiki Ermənistan) Vedi rayonunun Şirazi Kəndində anadan olmuşdur. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. 1955-ci ildə Ağdaş və Bərdə rayonlarında fəhlə işləyib. 1964-cü ildə Yevlax və Bakı şəhərlərində müəllim, 1966-cı ildən Azərbaycan Neft və Kimya İnstitutunun siyasi iqtisad kafedrasında müəllim, 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aspirant olub. 1985-ci ildən iqtisad elmləri doktoru, 1986-cı ildən isə professordur. 1971-ci ildən Moskva Kooperativ İnstitutunun bakı filialında baş müəllim, dosent, kafedra müdiri, 1989-cu ildən direktor müavini, direktor, 1995-ci ildən Azərbaycan Kooperasiya İnstitutunun rektor vəzifəsində işləyib. 8 kitabın və 170 elmi məqalənin müəllifidir. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Dövlət İdarəçilik Akademiyasının professoru olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA