Siyasi partiyalar arasında futbol yarızı bazlayır

img

26-05-2011 [01:14]


Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının və ?N!DA? Vətəndaş Hərəkatının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 93-cü ildönümünə həsr olunan ?Gənclərin Cümhuriyyət Kuboku? mini futbol turniri keçiriləcək. Turnirdə VHP, KXCP, AXCP, Ümid, Müsavat, ADP, BQP, VİP, AMDEP-nin gənclər təşkilatları, QAT, ?N!DA?, ?Dalğa?, ?Azad gənclik?, ?Milli fikir? və ?Güvənc Körpüsü? qurumlarının komandaları yarışacaqlar. Turnir iyunun 1-14-ü aralığında 4 qrup üzrə keçiriləcək. Hər qrupda birinci yer tutan komandalar birincilik uğrunda mübarizə aparmaq hüququ qazanacaq. Turnirin qalibinə baş mükafat, ikinci və üçüncü yeri tutan komandalara isə sertifikat və mükafat veriləcək. Xatırladaq ki, mayın 30-da, saat 15:00-da VHP-nin mərkəzi qərargahında püşkatma keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA