Yevda Abramov: "israil Knessetində uydurma ?erməni soyqırımının? tanınması real deyil"

img

24-05-2011 [04:28]


?İsrail Knessetində uydurma ?erməni soyqırımının? tanınması real deyil?. Bu fikirləri Azərbaycan ? İsrail parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramov deyib. Y.Abramov xatırladıb ki, ötən illərdə də İsrail parlamentinin bəzi üzvləri tərəfindən belə cəhdlər olub. Onun fikrincə, bu cəhdlər yenə də alınmayacaq. ?Artıq İsrailin rəsmi şəxsləri bu məsələ ilə bağlı fikirlərini bildiriblər. Onlar belə bir sənədin Knessetdə qəbul olunmasını qeyri-mümkün sayırlar. İsrail dövlətinin rəsmiləri xüsusi vurğulayırlar ki, ?erməni soyqırımının? tanınması Azərbaycanla münasibətlərə xələl gətirə bilər. Yəni İsrail Azərbaycanla münasibətlərə böyük önəm verir? deyə Y.Abramov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA