Polis üç müsavatçı gənci həbs etdi

img

14-05-2011 [07:35]


Bu gün saat 1800-da Müsavat Gənclər Təşkilatının bir qrup üzvü metronun ?Azadlıq? stansiyasının qarşısındakı parkda ?Siyasi məhbuslara azadlıq!? şüarını qaldırnaqla 2 aprel mitinqində qanunsuz olaraq həbs edilmiş insanların dərhal azadlığa buraxılmasını və 2 aprel mitinqi ilə bağlı qaldırılmış qondarma cinayət işinin ləğv olunmasını tələb ediblər. Müsavat Partiyası mətbuat xidmətindən verilən məlumata görə, dinc aksiya polis tərəfindən dağıdılıb. Müsavat Gənclə Təşkilatının üzvü Əhliman Abbasov, ?Demokrat? qəzetinin müxbiri Tural Hacıbəyli və Ayxan Hacıbəyli polis tərəfindən saxlanılaraq Binəqədi polis idarəsinə aparılıb. Müsavat Gənclər Təşkilatı bildirir ki, bu cür hallar yolverilməzdir. Eyni zamanda, Azərbayanda son dövrlər baş verən siyasi repressiyalara son qoyulmasını tələb edir, siyasi fikirlərinə görə həbs olunan insanlar dərhal azad edilməli, 2 aprel akiyası ilə bağlı qondarma cinayət işinə son qoyulsun, habelə bu gün saxlanılan gənclər dərhal azadlığa buraxılsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA