YAP Heydər Əliyevlə bağlı konfrans keçirdi

img

07-05-2011 [02:16]


Bu gün ?Gülüstan? sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə ?Heydər Əliyev və Azərbaycanın müasir strategiyası? mövzusunda konfrans keçirilib. Konfransdan öncə partiya rəhbərliyi, millət vəkilləri və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Sonra konfrans başlayıb. Konfransda çıxış edən YAP sədrinin müavini, icraçı katib Əli Əhmədov bildirib ki, Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda böyük layihələr həyata keçirilib. Onun sözlərinə görə, Heydər Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətinin müasirləşməsinə də ciddi təkan verib. Çıxış endən baş nazirin müavini Yaqub Eyyubov da H. Əliyevlə bağlı xatirələrini danışıb. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib ki, H. Əliyev 1993-cü ildə Azərbaycanda milli vətəndaş qarşıdurmasının qarşısını almaqla yanaşı, ölkənin iqtisadi inkişafı üçün də həyati əhəmiyyətli işlər görüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA