ADP-çı gənclər polis bölməsinə çağırıldı

img

30-04-2011 [02:11]


Bu gün səhər saatlarında ADP Gənclər Təşkilatının sədr müavini Kamal Hüseynov, Nizami RT-nın Gənclər Təşkilatının sədri Orxan Hüseynov və onun həyat yoldaşı Gülnarə Hüseynova təkrarən Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə çağırılıb. Xatırladaq ki, adları çəkilən gənclər 22 aprel tarixində də 34 saylı Xətai polis bölməsinə çağırılaraq dindirilmişdilər. Bir müddət əvvəl isə onlar Nizami rayon 24 saylı polis bölməsinə çağırılaraq dindirilmişdilər. Onlar 11 mart və İctimai Palatanın təşkil etdiyi aksiyaların fəal iştirakçıları olublar. Kamal və Orxan Hüseynov qardaşları dəfələrlə aksiyalar zamanı polis və mülki geyimli şəxslərin zorakılığına və təzyiqlərinə məruz qalıb. Onların hər ikisi 11 mart aksiyasında 7 sutka inzibati qaydada həbs edilmişdilər. İctimai Palatanın 02 aprel tarixli mitinqindən 1 gün öncə Kamal və Orxan Hüseynov qardaşları yaşadıqları evdən mülki geyimli şəxslər tərəfindən aparılmış və bir gün sonra azadlığa buraxılmışdılar. 17 aprel mitinqində hər iki qardaş aksiya zamanı polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmış, qeyri-qanuni saxlanılaraq gecə saatlarına kimi Nəsimi rayon Polis İdarəsində saxlanılaraq təzyiqlərə məruz qalmışdılar. Onların bu gün Xətai rayon Polis İdarəsinin 36-cı Polis bölməsinə çağırılması bu günə planlaşdırılan ADNA-nın qarşısında gənclərin terror qurbanlarının anım mərasimi ilə bağlı ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA