isa Qəmbərin əsgərlikdəki oğlu hospitala düzüb

img

19-04-2011 [03:52]


Müsavat Partiyası başqanı İsa Qəmbərin hərbi xidmətdə olan oğlu İlkin Qəmbərin hospitala yerləşdirilməsi barədə məlumat yayılıb. Xəbərlərdə bildirilir ki, İ.Qəmbər Bakıdakı hərbi hospitallardan birinə gətirilib. Bəzi mənbələr onun böyrək ağrısından, bəziləri isə anginadan əziyyət çəkdiyini və bu üzdən hospitala yerləşdirildiyini bildiriblər. Nəzərə çatdıraq ki, bu yaxınlarda İlkin Qəmbər Şəmkirdə qulluq etdiyi hərbi hissədən ön xəttə köçürülmüşdü. Ailə üzvləri İlkin Qəmbərin hospitala yerləşdirildiyini təsdiqlədilər. Bəlli oldu ki, İlkin uzun müddətdir revmatizmdən əziyyət çəkirmiş və bu onun ürəyində də müəyyən problemlər yaradıbmış. Ön xəttə köçürüldükdən sonra onun xəstəliyi ciddiləşib, eyni zamanda angina da meydana gəlib. İlkin Qəmbərin tibb məntəqəsində müalicəsi mümkün olmadığından hərbi hissə rəhbərliyi onu hospitala göndərib. Hazırda İlkin ciddi müalicə alır. Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA