"Gözəl Bayramlı dərhal azad olunmalıdır"

img

19-04-2011 [02:45]


Ümid Partiyasının funksioneri, ?İnsan Hüquqları, İctimai Vəkil? İctimai Birliyinin sədri Aynur İmranova AXCP sədrinin müavini Gözəl Bayramlının həbsinə münasibət bildirib. Aynur İmranova hakimiyyətin İP-nın 17 aprel aksiyası zamanı gücdən istifadə aksiya iştirakçlarını həbs etməklə insan hüquq və azadlıqlarına əhəmiyyət vermədiyini bir daha nümayiş etdirdiyini qeyd edib: ?Aksiya zamanı həbs olunan AXCP-nin sədr müavini Gözəl Bayramlının Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 5 sutka müddətinə inzbati qaydada azadlıqdan məhrum edilməsi Azərbaycan xalqının milli mentalitetinə, qəbul edilmiş ümumi dəyərlərə və prinsiplərə ziddir. Hakimiyyətin sifarişi ilə verilən bu qərarı Ümid Partiyası və şəxsən öz adımdan pisləyir və bu kimi halların yolverilməz olduğunu bildirirəm... Biz, G.Bayramlının və digər həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edir və hakimiyyəti demokratik prinsiplərə hörmət etməyə çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA