Sabir Rüstəmxanlı Tatarıstana gedib

img

27-04-2011 [07:25]


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının da qatıldığı Azərbaycan nümayəndə heyəti məşhur tatar şairi Qaybulla Tukayın 125 illik yubileyinə həsr olunan törəndə iştirak etmək üçün Kazanda səfərdədir. Millət vəkilinin Kazandan verdiyi məlumata görə, 2011-ci ili ?Qaybulla Tukay ili? olaraq elan edən Tatarıstanda yubiley dövlət səviyyəsində və çox böyük təntənə ilə qeyd edilir. Dünən yubiley mərasimi çərçivəsində keçirilən elmi-praktik konfransda S. Rüstəmxanlı nümayəndə heyəti adından geniş məruzə ilə çıxış edib. Bir çox rəsmilərlə görüşən Azərbaycan nümayəndə heyətini bu gün Tatarıstan prezidenti Rüstəm Minnixanov qəbul edib. Görüşdə məşhur tatar şairi Qaybulla Tukayın yaradıcılığı, iki qardaş ölkə arasında qarşılıqlı mədəni əlaqələr, ədəbiyyat və incəsənət sahəsində əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib. S.Rüstəmxanlı səfər çərçivəsində Kazanda fəaliyyət göstərən Azərbaycan diasporasının nümayəndələri ilə Azərbaycan Mədəniyyət Mərkəzində görüş keçirib, disporanın işi ilə bağlı fikirlərini bölüşüb. Xatırladaq ki, yubiley törənində Azərbaycan nümayəndə heyətini xalq yazıçısı Anar, xalq şairi Sabir Rüstəmxanlı, Qabdulla Tukayın tərcüməçisi Məmməd Kazım, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşları təmsil edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA