2011-ci ilin Müsavat ili elan edilsin

2011-ci ilin Müsavat ili elan edilsin

SİYASƏT

27.12.2010, 05:03

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyadan verilən məlumata görə, toplantıda görülən işlər, qərarların icrası, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlər müzakirə edilib. Gündəliyin partiyadaxili məsələ bölümündə Məclisin bir gün əvvəl keçirilmiş yığıncağı ilə əlaqədar fikir mübadiləsi aparılıb, Məclisdə önəmli qərarların qəbul edilməsi, gizli səsvermə ilə keçirilən seçkilərlə partiya rəhbərliyinin nüfuzlu və fədakar müsavatçılarla yenilənməsi, bütövlükdə Məclisin ruh yüksəkliyi şəraitində keçməsi müsbət qiymətləndirilib. Məclisdə qəbul edilmiş qərarların (2011-ci il üçün fəaliyyət istiqamətləri, partiyanın 8-ci qurultayının keçirilməsi, 2011-ci ilin Müsavat ili elan edilməsi) icrası ilə bağlı Divanın vəzifələri müəyyənləşdirilib və konkret tapşırıqlar verilib. İctimai-siyasi vəziyyətin müzakirəsi zamanı nüfuzlu ?The Washington Post? qəzetində P.Van Praqın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə təmsilçisi Con Elvisin qətlə yetirilməsinin onuncu ildönümü ilə bağlı yazısına da münasibət bildirilib. Sonda cari məsələlərə baxılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR