Azərbaycan Dəmir Yolları QSC-dən sərnizinlərə xəbərdarlıq

Azərbaycan Dəmir Yolları QSC-dən sərnizinlərə xəbərdarlıq

GÜNDƏM

17.12.2010, 05:08

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan dəmir yolunda gediş haqqında heç bir artım olmayacaq. Bu barədə Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. ?Bayram günlərində ən çox da dekabrın 29 və 30-u Azərbaycan dəmiryolunda sərnişin sıxlığı hiss edilir. Bu səbəbdən Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək", - deyə Nadir Əzməmmədov anspress-ə deyib. Onun sözlərinə görə, bayram ərəfəsində dəmir yolu xəttinə əlavə olaraq 30-a yaxın vaqonun qoşulması nəzərdə tutulub. Əhali sıxlığının ən çox yerli istiqamətlərdə, əsasən də qərb istiqamətində olması gözlənilir. Nadir Əzməmmədovun sözlərinə görə, ən çox sərnişin sıxlığı Böyükkəsik, Qazax, Ağstafa, Gəncə istiqamətində olduğu üçün bu istiqamətə işləyən qatarlara daha çox diqqət yetirilir. Sonda QSC rəsmisi sərnişinlərə bayram ərəfəsində gedəcəkləri istiqamətə biletləri əvvəlcədən almalarını məsləhət bilib. ?Sərnişinlərin nəzərinə çatdırırıq ki, biletlər 10 gün əvvəldən alınmalıdır. Əlavə vaqonlara isə bilet satışı bayram günlərində, yəni vaqonların qoşulduğu gün həyata keçirilir?, - deyə Nadir Əzməmmədov əlavə edib

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR