Qafqaz Müsəlmanları idarəsinin sədri Allahzükür Pazazadə qan verib

Qafqaz Müsəlmanları idarəsinin sədri Allahzükür Pazazadə qan verib

CƏMİYYƏT

16.12.2010, 01:06

Qafqaz Müsəlmaları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Aşura günü ilə bağlı ilə qan verib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, idarədə keçirilən qanvermə aksiyasında şeyx ilə bərabər idarənin əməkdaşları da iştirak ediblər. Aksiyanın Səhiyyə Nazirliyinin əməkdaşları ilə birgə keçirildiyini və qanvermə üçün lazım olan avadanlıqların idarəyə gətirildiyini bildirib. Qeyd edək ki, dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər nəvələri və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün Azərbaycandakı məscidlərə gedir, Allaha xətir nəzir verir və ehsan paylayır. Bundan başqa, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin təşəbüssü ilə Bakının ?Hacı Soltanəli?, ?Bibiheybət?, İçərişəhər ?Cümə?, ?Qaraçuxur? və ?Mir Mövsüm ağa? məscidləri, habelə respublikanın ?Sumqayıt?, Gəncə ?İmamzadə?, Mingəçevirdəki ?Heydər?, Şəki, Şirvan, Lənkəran ?Böyükbazar? və Bərdə məscidlərində qanvermə aksiyaları keçirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR