Bir neçə xəstənin ölümünə səbəb olduğu iddia edilən həkim Dövlət sərhəd qozunlarının hərbi qospitalına rəhbər təyin olunub
Bir müddət öncə Nefçilər xəstəxanasında düzgün müalicə olmması səbəbindən vəfat edən Bakı şəhəri sakini Şura İbrahimovanın oğlu İlqar İbrahimov Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Ali baş Komandanı cənab İlham Əliyevə açıq məktub ünvanlayıb.
MİA-ya daxil olan məktub da bildirilir:
Cənab Prezident; Düz 1 ildir ki, mən sizə anam Şura İbrahimovanın Neftçilər xəstəxanasının həkimləri tərəfindən öldürülməsi ilə əlaqədar durmadan şikayət ərizəsi ilə müraciət edirəm. Amma bu gün sizə açıq müraciət etməyə məcbur olmuşam. Bunun 2 səbəbi var.
1- ci səbəb: Prokrorluq və səhiyyə orqanlarının anamın həkimlər tərəfindən öldürülməsi faktını ört-basdır etməyə cəhd göstərmələri.
2- ci səbəb: Anamı öldürən, ona dəhşətli əzab-əziyyət verən, dələduzluq və fırıldaq yolu ilə bizdən külli miqdarda pul mənimsəyən bir cinayətkar həkimi Dövlət Sərhəd Xidməti idarəsinin hərbi qospitalında Baş həkim təyin edilməsidir. Bu cinayətkar həkim neftçilər xəstəxanasının Endoskopiya şöbəsində keçmiş müdiri Kənan Yusifzadədir.
Kimdir Kənan Yusifzadə? Onun cinayətlərini sizdə bilin. 72 yaşlı anamın necə öldürülməsini, bizi hansı yollarla soymağını sizdə bilin. Onun yaratdığı cinayətkar həkim şəbəkəsinin fəaliyyətini hansı yollarla xəstələrdən qazanc götürdüyünü Prezident və Ali Baş Komandan kimi siz də bilin. Əsgərlərimizin sağlamlığını, bu cinayətkara şəxsən əmanət edənlərdə bilsinlər.
Cənab Prezident; Anam Şura İbrahimova öd kissəsindəki daşlardan əziyyət çəkirdi. Şəkər xəstəsi olması açıq əməliyyat edilməsi üçün riskli idi. Ona görə Mərkəzi Neftçilər xəstəxanasının endoskopiya şöbəsinin müdiri Kənan Yusifzadəyə müraciət etdik. Lazer üsuli ilə anamın öd kisəsindən daşları çıxara bilib- bilməməsini soruşduq. Kənan Yusifzadə bizə Xətai Prospektindəki şəxsi müayinəxanasında (sonradan bu müayinəxana qanunsuz fəaliyyətinə görə Prokrorluq Orqanları tərəfindən bağlanmışdır.) 950 manat qarşılığında bu əməliyyatı edə biləcəyini söylədi.
2009- cu ilin noyabr ayının 10- da anamı Mərkəzi Neftçilər xəstəxanasının Endoskopiya şöbəsinə yerləşdirdilər. Cəmi 1 gün sonra noyabrın 11- də saat 11 radələrində gözlənilmədən anamı əməliyyata apardılar. İnanılası deyil amma gerçək budur ki, əməliyyadan öncə anamdan heç qan analizini belə götürməmişdilər. Heç bir müayinə etmədən apar-topar anamı əməliyyata götürməkləri nəyə lazım idi. Axı anam öz ayaqları ilə xəstəxanaya gəlmişdi. Ağır vəya kritik vəziyyətdə deyildi.
Bizə 40-45 dəqiqə ərzində əməliyyatı bitirəcək deyən Kənan Yusifzadə düz 5 saat 30 dəqiqə sonra otağına gəldi. Rəngi ağarmış, gözlərində qorxu, üzündə həyəcan var idi. Bizimlə danışanda əlləri titrəyirdi, yalan danışmağı açıq hiss olunurdu. Məlum oldu ki, əməliyyadan öncə özünü Azərbaycanda 1 nömrəli endoskopik mütəxəsisi sayan K. Yusifzadə anamı açıq cərrahiyyəyə məruz qoymuşdur. Bizdən icazə almadan, heç bir müqavilə imzalamadan belə addım atmasının səbəbi soruşanda Kənan Yusifzadə cavabı belə oldu. Ananızda anamaliya var idi. Öd kisəsini tapmaq çətin idi. Məcbur olduq açıq əməliyyata keçdik. Amma narahat olmayın əməliyyat uğurlu alınıb. Ortaya sual çıxır. Anamda anamaliya var idisə bunu niyə öncədən müəyyən etməmişdin? Müayinə etmədən, xəstəni yoxlamadan ağlı-başında olan həkim əməliyyat edərmi?
Cənab Prezident hər şey bundan sonra başladı. K. Yusifzadə başda olmaqla şöbənin Tibbi personalı bizə qarşı aqressiv davranmağa başladılar. Gün ərzində 400-500 manat dəyərində iynə dərmanlar aldırırdılar. K. Yusifzadə şöbənin özəl olduğunu buna görə dərmanları pasientin yaxınlarının almasının lazım gəldiyi söyləyirdi. 10 gün ərzində minlərcə manat dəyərində bahalı dərmanları aldıq. Sanki bütün şöbənin xəstələrinin müalicəsini biz öz üzərimizə götürmüşdük. (çeklər və qəbzləri saxlayırıq).
Anamın vəziyyəti getdikcə ağırlaşırdı. Durmadan anama gün ərzində 5-6 litr maye vururdular. Anamın əlləri, ayaqları, şişmiş, nəfəs almaqdan çətinlik çəkirdi. Kənan Yusifzadə isə anamda hər şeyin normal olduğunu, amma ağ ciyərlərində problem olduğu üçün ayağa dura bilmədiyini söyləyirdi. Məcbur olub anamın şəxsi həkimi, kardioloji inistutun şöbə müdiri dotsent Sevinc Quliyevanı Neftçilər xəstəxanasına dəvət etdik. Sevüinc xanım təcili olaraq mayelərin vurulmasını dayandırmağı tələb etdi. əksi halda xəstənin vəziyyəti daha da ağırlaşa biləcəyini söylədi. Amma K. Yusifzadə bununla razılşmadı. Maye köçürmələri sürətlə davam edirdi. Anamda yaranın tikişləri sökülmüş, yerindən çoxlu miqdarda çirk və öd axırdı.
Noyabrın 20-də Sevinc xanımın söylədiyi təhlükə baş verdi. Anam koma vəziyyətinə düşdü. Təcili olaraq anamızı xəstəxanadan çıxartmaq istədik. K. Yusifzadə isə buna icazə vermək üçün bizdən 1 şey tələb edirdi ?ondan şikayətçi olmamağımız barəsində dilimizdən iltizam.?
Biz anamızın həyatını necə xilas etməsini düşünərkən, bu vicdansız həkim özünün gələcəkdə məsuliyyətindən necə xilas olması yollarını düşünürdü. Noyabrın 20- də anamı ağır vəziyyətdə kardioloji inistuta gətirdik və burda anamın vəziyyəti haqqında gələcəkləri biləndə şok olduq.
Cənab Prezident; Bu hissəni diqqətli oxuyun. Həkimlər anamı müayinə edəndən sonra məlum oldu ki, anamın öd kanalları yoxdur! Və anamın yaşamaq şansıda yoxdur! Kənan Yusifzadə əməliyyat zamanı anamın öd kisəsi ilə bərabər öd kanallarını da kəsib atmışdır.O anamın yaşaya bilməcəyini bildiyi halda belə bunları bizdən gizlətmiş çıxış yolunu anama maye vurmaqla onu öldürməkdə görmüşdür. Biz burda başa düşdük ki, nədən Yusifzadə anama 5-6 litr mayeni durmadan köçürürdü. Ölümünün səbəbini əməliyyatın nəticəsi deyil ağciyərlərində göstərmək üçün ən alçaq vaianta əl atmışdır. Müayinə zamanı məlum olmuşdur ki, köçürülən maye nəticəsində anamın 7- ci qabırğasına qədər su dolmuşdur. Bütün bunlar Tibbi sənədlərə öz əksini tapmışdır.
Yenidən K. Yusifzadənin yanına gəldik. İlk öncə anamı xəstəxanaya qəbul etməkdən imtina etdi. Anamın onun xəstəsi olmadığını iddia etməyə başladı. Dəstək üçün Xəstəxananın baş həkimi Həbib Yüzbaşov çağırdı. Yüzbaşov bu şöbənin Neftçilər xəstəxanasının daxilində özəl olduğunu vəmüdaxilə edə bilməyəcəyini söylədi.Amma onlarda məsələnin artıq ciddi şəkil almasından qorxuya düşmüşdülər.
Nəticədə qərara alındı ki, anam yenidən əməliyyat olunsun. Amma bu dəfə əməliyyatı neftçilər xəstəxanasında şua-diaqnostika mərkəzinin Rəhbəri Türk professor Əhməd Memiş edəcək. Bunun üçün Ə. Memişə 2000 $ və Türkiyədə xüsusi cihazlar alınıb gətirilməsi üçün böyük miqdarda pul ödəmək lazımdır. K. Yusifzadə bu pulu ödəməyi bizim borcumuz olduğunu söylədi. Anamızın həyatda qalması naminə xəstəxananın nəzdində fəaliyyət göstərən şirkətə müraciət etdik. Və həmin şirkətə 8600 manat pul ödədik. Dekabrın 8- də anam ikinci dəfə əməliyyat olundu. Əməliyyatda K. Yusifzadə özü də iştirak edirdi. Bu dəfə də bizə hər şeyin normal olduğunu və təhlükənin geridə qaldığını söylədi. Amma anamın vəziyyəti ağırlaşırdı. Dekabrın 15- də 72 yaşlı anamı 3- cü dəfə əməliyyata məruz qoydular. Anamın vəziyyətinin ağır olamsına baxmayaraq K. Yusifzadə daha bir cinayətə əl atdı. Amanı xəstxanada qalmasına icazə vermədi. Məcbur olub anamızı evə gətirdik. Dekabrın 20- dən sonra anamın vəziyyəti kəskin şəkildə ağırlaşdı. Neftçilər xəstəxanasında heç kim anama yaxın durmaq istəmirdi. Anamı 5 saylı xəstəxananın cərrahiyə şöbəsinə yatırdıq. Təssüf ki, 5 saylı xəstəxananın həkimlərinin bütün səylərinə baxmayaraq anam dekabrın 26- da dünyasını dəyişdi.
Cənab Ali Baş komandan bu gün Dövlət sərhəd qoşunlarının hərbi qospitalına Rəhbərlik edən K.Yusifzadə mənim anamı ölümünə səbəbkar olan şəxsdir. Biz onu həkim yox, qatil sayırıq. Təbii ki, təkbaşına o bu cinayəti etməyibdir. Amanın ölümündən adlarını qeyd eləmədiyim o ölüm şöbəsinin bir çox Tibbi personalında məsuliyyət daşıyırlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, K. Yusifzadə yalnız mənim anamı öldürməmişdir. Göstəriş verib Yusizadənin fəaliyyətini araşdırsanız şahidi olacaqsınız ki, bu şərəfsiz neçə insanın həyatına son qoyub vaxtı ilə onun rəhbərlik etdiyi endoskopiya şöbəsində yoxlama aparsalar orda xəstələrin hansı yollarla pullarını soyduqalarını və buna kimlər rəhbərlik etdiyini ortaya çıxarmış olaralar. Həmin şöbədə baş vermiş ölüm hadisələrini araşdırmaq lazımdır. Mən inanıram ki, orda ölən xəstələrin əksəriyyəti həkimlərin səhlənkarlığı və pula olan ehtirasları ucbatından olmuşdur. Kənan Yusifzadəni səhiyyəmizin Hacı Məmmədovu kimi qəbul etmək olar.
Cənab Prezident! Hörmətli Ali Baş Komandan. Anamın K. Yusifzadə tərəfindən necə öldürlməsi və digər cinayətlər barəsində Dövlət neft şirkətinin Prezidentinə,Səhiyyə nazirliyinə, Respublika Baş Prokrorluğuna dəfələrlə müraciət etmişəm. Şəxsən neft şirkətinin Rəhbər şəxsləri ilə görüşüb tabeliyində olan xəstəxanada baş verən cinayətləri faktlarla subut etmişəm. Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib K. Yusifzadə əməlinə qiymət verilməsini tələb etmişəm. Təssüf ki, Səhiyyə nazirliyi cnayətkar həkimi təmizə çıxarmaq üçün ağlasığmaz saxtakarlığa yol verib. 5 saylı xəstəxananın rəyində anamın ölümü od axarlarının kəsilməsi nəticəsində baş verdiyi göstərilir. Səhiyyə nazirliyi isə öz tabeliyində olan xəstəxananın rəyinə etibarsız sayıb. Cinayətkar həkimi məsuliyyətdən azad etmək üçün səhiyyə nazirliyi öz nüfuzuna belə zərbə vurur. Axı 5 saylı xəstəxana səhiyyə nazirliyinə tabedir. Elə isə bu Dövlət xəstəxanası nədən bizə anamın adına tərtib ölüm şəhadətnaməsində xəstənin öd axarlarının fistulası və Peritonit (zəhərlənmə) göstərib.
Neftçilər xəstəxanasında baş verən bu və digər cinayətlər barəsində Xətai, Bakı şəhər və Respublika Prokrorluğu, Baş Prokror Zakir Qaralov daxil bütün rəhbər şəxslərə məlumat vermişəm. Qarşılarına faktlar, subutlar qoymuşam. K. Yusifzadə həkim deyil cinayətkar olduğunu subut eləmişəm
Baxmayaraq ki, Respublika Prokrorluğunu rəhbərliyi işi obyektiv araşdırılacağına dair bizə dəfələrlə söz veriblər, bu şərəfsiz, vicdansız cinayətkar həkim məsuliyyətə cəlb edilməyib.
K. Yusifzadə Prokrorluq orqanları üçün yad sima deyil. Onun barəsində əvvəllərdə Prokrorluq orqanlarına şikayətlər edilib. Dolayısıyla onun cinayətlərini Prokrorluq orqanları yaxşı bilir. Cəzasızlıqdan yeni cinayətlər doğar deyiblər. Zamanında K. Yusifzadə cəzasını alsaydı mənim anamda onun qurbanı olamazdı. Amma tək mənim anam deyil K.Yusifzadənin sonuncu qurbanı isə 72 yaşlı bir ağsaqqal olub. (5-6 ay bundan əvvəl) Amma Yusifzadə yenə himayə olunur. Prokrorluq orqanları bu ?Ağ xalatlı? qatili cəzalandırmaq istəmirlər.
Cənab Ali baş Komandan; Bu gün bu cinayətkar Dövlət sərhəd Qoşunlarının qospitalına baş həkim təyin edilib. Təsəvvür edrsinizmi əsgərlərimiz kimə əmanət edilib? Kimdir bu cinayətkara arxa duran? Neftçilər xəstəxanasında az insan şikəst elədi, azmı insaı öldürdü? Birdə gəlib əsgərlərimizimi bədbəxt edəcək. Düşünün cənab baş komandan cənab Prezident son olaraq sizdən israrla xahiş və tələb edirəm. Mənim anamın ölümündə birbaşa günhkar olan K. Yusifzadə və digərlərinin məsuliyyətə cəlb edilməsini təmin edəsiniz. Səhiyyə nazirliyi nə və baş Prokrorluğa bu və digər cinayətə cinayətlərin açılmasında obyektiv olmaqlarına dair göstəriş verəsiniz. İnanıram ki, sizə müraciətim təsirsiz qalmayacaq.
PS:Açıq məktubda yazdıqlarıma görə məsuliyyəti şəxsən özüm daşıyıram. Fakt və subutları lazımı orqanlara təqdim etməyə hazıram.