SOCAR Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinə başlayacaq - Açıqlama

img

12-10-2017 [18:16]


Bu ilin sonuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsinin Pre-FEED (Preliminary Front End Engineering Design), gələn ilin ortasına kimi isə FEED mərhələsi yekunlaşacaq. 

Bunu "SOCAR Turkey Enerji A.Ş"-nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi üçün işlər plana uyğun davam etdirilir: "2018-ci ilin sonu-2019-cu ilin əvvəlinə konfiqurasiya bəlli olduqdan sonra, 2019-cu ildə artıq işləri başlayıb, 2023-cü ildə yeni kompleksi istifadəyə verməyi planlaşdırırıq". 

Z.Qəhrəmanov əlavə edib ki, layihənin investisiyası ilə bağlı qərar gələn ilin sentyabr-oktyabr aylarında qəbul ediləcək. O, "Petkim" neft-kimya kompleksindən də danışaraq qeyd edib ki, bu il də rekord həddə göstərici əldə olunması gözlənilir: "Petkim" son iki ildə çox yaxşı işləyir. Bu il də rekord il olacağı gözlənilir".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA