TANAP-ın tikintisi zamanı qədim məzarlar tapıldı - Tikinti işləri dayandırıldı

img

09-10-2017 [12:52]


Türkiyədə TANAP layihəsinin inşası zamanı qədim dövrlərə aid məzarlar tapılıb.
 
"APA-Economics” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Kütahyanın Domaniç kəndinin ərazisində baş verib. Belə ki, tikinti zamanı aparılan qazıntı işləri çərçivəsində qədim Roma dövrünə aid məzarlar üzə çıxıb.
 
Tapıntılar Kütahya muzeyinə təhvil verilib.
 
TANAP rəsmiləri qazıntı işlərinin dayandırılması barədə qərar qəbul edib. Əvəzində arxeoloqlar qazıntılara başlayıblar.
 
Kütahya muzeyinin rəhbəri Metin Türktüzün bildirib ki, TANAP layihəsinin tikintisi çərçivəsində işlər olduqca ehtiyatlı şəkildə aparılır: "İndiyədək bu bölgədə bir çox bu cür tapıntılar üzə çıxıb. Arxeoloji qazıntılara rast gəlmə ehtimalı yüksək olduğuna görə, TANAP-ın tikintisi ehtiyatla aparılır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA